Siyasət 22 Dekabr 2022, 12:54 | Baxış sayı: 124
"Makron mələk donunda şeytandır"

Fransa Prezidenti Emmanuel Makronun Dünya Çempionatının final görüşündəki davranışları bu məxluqu yaxından tanıyan, əməllərinə bələd olan hər bir kəsdə kəskin nifrət hissi oyadır. Fransızlar qol vurarkən sevincindən qanadlanan, əllərini havaya qaldıran, səsini ucaldan Makron məğlubiyyətin acısını dadanda yazıqlaşdı, cücəyə döndü. Bu başa düşülən idi, çünki rəhbərlik etdiyi ölkəsinin komandası məğlub olmuşdu. Fransa Prezidenti bununla barışmalı və stadionu tərk edib getməli idi. Ancaq o dövlət rəhbərinə xas olmayan həyasızlıq nümayiş etdirdi, argentinalılara kəskin nifrətini boğdu, mələk donuna girib futbolçulara qatıldı. Meydançaya çıxaraq futbolçulara təsəlli verməyə başladı. Mükafatlandırma mərasiminə qoşuldu.                 

 

Bunu Pravda.az-a açıqlamasında Milli Məclisin deputatı Tahir Rzayev deyib.

 

T.Rzayev bildirib ki, bu rola girməkdir: “Özünü humanist, idman sevər kimi göstərmək alınmadı və haqlı olaraq bəzi fransalı deputatlar Makronun bu davranışlarını, onun Killan Mbappeyə xüsusi diqqət yetirməsini, onu qucaqlamasını, nələrsə söyləməsini. “Ayibdir Emmanuel Makron”, “Yüksək dərəcəli beynəlxalq  səviyyəyə qarşı beynəlxalq səviyyəli biabırçılıq” adlandırırlar. Həqiqətən də bu biabırçılıqdır, humanistlik deyil. Öz ölkəsinin vətəndaşlarına, eləcə də bir çox ölkələr, xüsusilə Azərbaycana və Türkiyəyə qarşı antidemokratik, təcavüz yolunu seçən, terrora, faşizmə dəstək verən, erməni qəsbkarlarını daimi müdafiə edən və silahlandıran bir rəhbərin milyonların gözü qarşısında özünü mələk kimi təqdim etməsi doğurdanda rüsvayçılıqdır, Fransa kimi bir dövlətin adına ləkədir. Fransızlar Makronun və əlaltılarının kimliyini, kimə xidmət etdiklərini yaxşı bilirlər. Erməni lobbisinin əlində oyuncağa çevrilən Makron əlbəttə ki, Fransa xalqını, dövlətini hörmətdən salmaqdadır və bunun axrı yaxşı heç nə vəd etmir. Fransanı da Ermənistanın, İranın düşdüyü vəziyyət gözləyir. Yol, fikir dəyişməzsə Fransa xalqı yürüdülən çirkin siyasətlə elə bilirəm ki, barışmayacaqdır”.

Xəbərlər