“Los Ancelesdə ermənilərə muxtariyyət versinlər, Azərbaycan bunu qəbul etmir”
“ABŞ və Fransa sülh prosesinə arxadan zərbə vurur. Senator Robert Menendes ermənidən daha çox ermənidir. Sanksiyalarla Azərbaycanı hədələyir. Yüksək səviyyəli rəsmilər “Dağlıq Qarabağ xalqı” ifadəsini işlədir. Yoxdur belə bir xalq. Ermənistan dövləti və erməni xalqı var. İkinci erməni dövləti olmayıb, olmayacaq. Qarabağda yaşayan erməni əsilli insanlar var, onlar da Azərbaycan Respublikasının vətəndaşlarıdır. Kim ölkə qanunlarını qəbul edəcəksə, orada da yaşamağa davam edəcək. İstəməyənlər çıxıb gedə bilər. Bu, dövlətimizin ali – siyasi rəhbərliyinin dəyişməz mövqeyidir”.
Bunu açıqlamasında Milli Məclisin deputatı Elman Nəsirov deyib.
Onun sözlərinə görə, ABŞ rəsmiləri özlərini elə aparır ki, sanki Ağdam – Xankəndi adında yol yoxdur:
“Yalnız Laçın yolundan danışırlar. Kaliforniya ştatı ölkənin ən böyük ştatıdır, Los Anceles şəhəri az qala erməniləşib. Və ya Fransanın Marsel şəhərində çox sayda erməni yaşayır. Qəbul ediləndirsə, Los Ancelesdə, Marseldə muxtariyyət yaratsınlar, ermənilər orada özləri üçün yol çəksinlər. Azərbaycan da bu muxtariyyəti tanısın. Biz ərazimizdə belə bir quruluşa icazə vermirik. Ərazi bütövlüyümüzü təmin etmişik, sülhə qarşı həmlələri silah gücünə dəf edəcək qüdrətə də sahibik”.
demokrat.az