Cəmiyyət 9 Noyabr 2022, 13:59 | Baxış sayı: 149
"Əli İnsanovun ahıl yaşında bütün bunları anlaması təbii qarşılanmalıdır"

“Əli İnsanov etdiyi cinayətlərə görə uzun müddət həbsdə qaldı. Həbsdən çıxandan sonra, təbii ki, artıq Azərbaycanda yeni reallıqlar, situasiyalar bərqərar olmuşdu. Azərbaycanın dünya çapındakı mövqeyi, cənab Prezidentin uğurlu siyasəti, Azərbaycanın uğurlu hədəfləri, yeni çağırışlara adekvat cavab verməsi - bütün bunları Əli İnsanov da düşünüb, reallıqları görüb, anladı, Azərbaycan Prezidentinin apardığı uğurlu daxili-xarici siyasəti dəstəklədiyini ifadə etdi. Bu, əslində normal bir haldır. Həm də ahıl yaşında bir insanın bütün bunları analaması təbii qarşılanmalıdır. Çünki bu, bir reallıqdır. Burda hansısa qeyri-adi nəsə görümürəm. Əli İnsanov həqiqətləri anlayaraq belə bəyanat verirsə, bundan yalnız məmnun olmaq lazımdır. Keçmişdə etdiyi cinayətlərə görə artıq məsuliyyətini daşıyıb”.


Bu sözləri Pravda.az-a açıqlamasında Milli Məclisin deputatı Vüqar İskəndərov deyib.


Deputat bildirib ki, cənab Prezidentin son illər apardığı uğurlu siyasət nəticəsində ölkəmizdə milli həmrəylik, siyasi stabillik mövcuddur:


“Lazımi addımlar atılır. Prezident Administrasiyasında müvafiq şöbənin mövcud olması, siyasi partiyalarla görülən işlər, bununla bağlı yeni qanun layihəsinin hazırlanması, müzakirəsi milli həmrəyliyin vacibliyini, ölkəmizdə bu siyasətin uğurla aparıldığını özündə ehtiva edir. Azərbaycan hüquqi dövlətdir. Heç kimi siyasi fikirlərinə, baxışlarına görə təqib etmək olmaz. Hər kəs fikirlərində, siyasi mövqeyində azaddır.  Əli İnsanov da hansı mövqeni tutursa, hansı siyasi təşkilatlarda fəaliyyət göstərəcəksə, bu, onun öz işidir. Ölkəmizdə bütün sahələrdə islahatlar gedir. Cənab Prezidentin bu sahədə siyasi iradəsi mövcuddur. İslahatlar siyasi partiyalara, siyasətçilərə də aiddir. Artıq yeni siyasi konfiqurasiya formalaşdırılır. Bu, sivil, müasir, münasibətlərin formalaşdırılmasıdır. Düşünürəm, ölkəmiz də bu sahədə dünyada öncül ölkələrdən biri olacaq. Bunun üçün də lazımi proseslərə artıq start verilib”.

Xəbərlər