“LGBT-nin təbliğatını qadağan edən qanun layihəsini biz də qəbul etməliyik”
“Rusiya Dövlət Duması LGBT-nin təbliğatını qadağan edən qanun layihəsi qəbul edibsə, müsəlman ölkəsi olaraq biz də belə bir qanun qəbul etməliyik. Cinsi azlıqlara haqq qazandıran bəzi saytlar da var. Onlar tələb edirlər ki, Qərbdə, xüsusilə Fransada LGBT üzvlərinə şərait yaradılırsa, Azərbaycanda da yaradılmalıdır. Bu, Qərbin təbliğatıdır. LGBT dinimizə, adət-ənənələrimizə uyğun gəlmir, buna görə biz də qanun qəbul etsək, yaxşı olar”.
Bu sözləri Pravda.az-a açıqlamasında Milli Məclisin deputatı Cavanşir Paşazadə deyib.
Deputat LGBT üzvlərinin Azərbaycan parlamentində təmsil edilməsi ilə bağlı irəli sürülən təkliflərə də münasibət bildirib:
“Gedib öz işlərini Ermənistanda, ya da Fransada görsünlər. Azərbaycan belə şeylərə gedən deyil. Cənab Prezident demişkən, Fransa ilə Ermənistan bir-birilərinə “bacı” deyirlər. LGBT-nin təbliğatını aparmaq düzgün deyil, qəbuledilməzdir”.