Plenar iclaslar, Qanun Layihələri 20 Dekabr 2021, 16:19 | Baxış sayı: 266
“Media haqqında” qanunda bu maddənin olması yersizdir".

“Qanun layihəsində 39-cu maddədə audiovizual yayımçının vəzifələri göstərilib. Bu sırada 39.1.2-ci maddə də yer alır. Bu maddəyə əsasən, tütün istifadəsi prosesinin açıq nümayiş etdirildiyi proqramlarda tütündən istifadənin sağlamlığa və ətraf mühitə zərərli təsiri barədə xüsusi xəbərdaredici məlumatların verilməsini təmin etmək audiovizual yayımçının vəzifəsidir”.

APA xəbər verir ki , bunu Milli Məclisin bu gün keçirilən iclasında “Media haqqında” qanun layihəsinin ikinci oxunuşda müzakirəsi zamanı parlamentin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev deyib.

Deputat bildirib ki, “Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında” qanunda tütün məhsullarının görüntüsünü yaymaq televiziyalarda da, tamaşalarda da qadağan olunur: “Media haqqında” qanunda bu maddənin olması yersizdir. Ona görə bu maddə ya çıxarılmalıdır, əgər çıxarılmayacaqsa, bilsinlər ki, bu bizim qəbul etdiyimiz qanunla ziddiyyət təşkil edir".

Xəbərlər