Cəmiyyət 28 İyun 2022, 15:20 | Baxış sayı: 1039
"Kərimə dövləti" mənasız və məntiqsiz bir yanaşmadır".

“Azərbaycanın müstəqilliyini gözü götürməyənlərin, təbii ki, şansı yoxdur. Suverenliyimiz dönməzdir, qoy düşmənlər bunu bilsinlər. "Kərimə dövləti" mənasız və məntiqsiz bir yanaşmadır. Bunu deyənlərin və dəstəkləyənlərin özləri və ətrafları islam dəyərlərindən uzaq kəslərdir. Bu məsələlər araşdırılsa, onların özlərinin islam dəyərlərinə əməl etmədikləri aşkara çıxar”.

Bu sözləri Pravda.az-a açıqlamasında Milli Məclisin deputatı Razi Nurullayev deyib.

“Bu məsələ siyasi riyakarlıqdır. Könül bulandırmaqdan başqa bir şey deyil. Ölkəmizdə bu tora düşənlər və dəstək verənlər, Azərbaycanın müstəqilliyinə dil uzadanlar Vətən xainləridir. Bu məsələ ilə bağlı qanunun ən sərt üzü göstərilməlidir”, - deputat bildirib.

Xəbərlər