Siyasət 16 Avqust 2022, 16:10 | Baxış sayı: 180
"Korrupsiyada ittiham olunan məmurların pensiya almaq məsələsi tənzimlənməlidir”.

Milli Məclisin deputatı Elman Nəsirov bildirib ki, korrupsiyada ittiham olunan məmurların pensiya almaq hüququndan məhrum edilməsi məsələsi hüquqi baxımdan tənzimlənməlidir. “Azərbaycan hüquqi dövlətdir. Şəxs konkret cinayət əməlinə görə həbs edilib, cəzasını çəkir. Belə olan halda həm də onun pensiyası kəsilsin? Mən hüquqşünas deyiləm, amma hesab edirəm, tələsik qərarlar qəbul etmək olmaz. Hüquqi dövlətin mahiyyətindən, fəlsəfəsindən irəli gələn qərarlar qəbul edilməlidir. Biz sivil dünyanın tərkib hissəsiyik. Hüquqi dövlət qurmuşuq və bu proses gedir. Demokratik inkişaf yolunu seçmiş dövlətik. Hesab edirəm ki, demokratik dövlətlərdə bu halda hansı addımlar atılırsa, biz də demokratik dünyanın tərkib hissəsi olaraq o cür anoloji addımları atmalıyıq”.

 

Deputat həmçinin bildirib ki, cənab Prezident İlham Əliyev rüşvətə və korrupsiyaya qarşı sözün həqiqi mənasında müharibə elan edib: "Əks yolu seçənlər, rüşvət və korrupsiyaya bulaşmış, şəxsi mənafeyini dövlət mənafeyindən üstün tutan məmurlar çox sərt cəzalandırılır. 7-8 icra başçısı həbs edilib. Eyni zamanda mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərlərindən də həbs edilənlər olub, işdən çıxarılıb. Bunların hamısı bir nümunədir. Anoloji yolu seçmiş məmurlar bilsinlər ki, eyni aqibət onları da gözləyir...”

 

Mənbə: Pravda.az

Xəbərlər