Cəmiyyət 27 Avqust 2021, 17:10 | Baxış sayı: 254
“Karantin qaydalarına riayət etməyən şəxslər digər insanlar üçün də potensial təhlükə mənbəyidir".

"Birmənalı olaraq anlamaq lazımdır ki, karantin qaydalarına hər kəs qeyd-şərtsiz riayət etməlidir. Təəssüf ki, bəzi vətəndaşlar polis görən zaman karantin qaydalarına riayət edir, maska taxır. Polis olmadıqda və ya uzaqlaşdıqda dərhal maskanı endirir. Tibbi maska polislərin gözündən pərdə asmaq üçündür, yoxsa sağlamlığımızı qorumaq üçün?"

Bu sözləri Axar.az-a açıqlamasında millət vəkili Fazil Mustafa deyib.

Deputat bildirib ki, polisin mülki geyimdə vətəndaşlar arasında reydlər keçirməsi onların sağlamlığını qorumaq məqsədi daşıyır:

“Karantin qaydalarına riayət etməyən şəxslər digər insanlar üçün də potensial təhlükə mənbəyidir. Çünki onların uşaqca və məsuliyyətsiz hərəkətləri nəticədə qarşısıalınmaz problemlərin yaranmasına gətirib çıxarır.

Polisin mülki geyimdə vətəndaşlar arasında reydlər keçirməsinin məqsədi heç də onları cərimələmək deyil. Əksinə, bu yolla insanların məsuliyyətinin artmasına çalışılır. Diqqət etsəniz, normalda heç bir vətəndaş digərinə maska ilə bağlı irad bildirə bilmir. Lakin mülki geyimdə polislər belə bir irad bildirir. Bu, həm də gələcəkdə vətəndaşların öz-özünü tənzimləmə vərdişinə yiyələnməsinə gətirib çıxara bilər”.

Xəbərlər