"İstehsalda inhisar xoşagələn deyil, amma başa düşüləndir"
Azərbaycanda istehsal sahəsində inhisarçılığın olması xoşagələn hal deyil, amma başa düşüləndir.
Bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında - Rəqabət Məcəlləcinin müzakirəsi zamanı deputat Ziyad Səmədzadə bildirib.
"Azərbaycan hələ ki, tam mənada öz iqtisadi potensialını işə sala bilməyib. Respublikada daxili bazar müəyyən mənada məhduddur. Belə olduqda əlbəttə hansısa şirkət bura invesitiya qoyub müəssisə yaradırsa, inhisarçı olur. Tutaq ki, o, bazara pul yatırır və 60 % paya sahib olur. Bu zaman biz ona ona inhisarçı deyə bilmərik. Avropa ölkələri bu mərhələni artıq keçiblər. Biz Rəqabət Məcəlləsini qəbul etməklə yanaşı istehsalımızın rəqabətə davamlılığının artırılması istiqamətində tədbirlər görməliyik", - deyə o qeyd edib.
report.az