Siyasət 1 Fevral 2023, 19:13 | Baxış sayı: 131
“İran yardım adı ilə kəşfiyyat şəbəkəsi qurdu”

“Biz tarix boyu İranın əsl simasını görmüşük”. 

Bunu Baku TV-nin “Baku Analitik” verilişində qonaq olan millət vəkili Bəhruz Məhərrəmov deyib.

Deputat qeyd edib ki, 1990-cı illərdə yardım adı ilə İran kəşfiyyatçıları, eyni zamanda din xadimi pərdəsi altında “dindar”ları ordumuza, xilaskar missiya adı altında ərazilərimizə yerləşdirdi:

“Bununla onlar öz kəşfiyyat şəbəkələrini qurdular. Azərbaycan ordusunun məlumatlarını ötürməklə Birinci Qarabağ müharibəsində məğlubiyyətimizə səbəb oldular. Daha sonra Vətən müharibəsində biz İranın əsl simasını gördük. Demək olar ki, faktiki olaraq əlində silah bizimlə vuruşdu. Baxmayaraq ki, Prezident İlham Əliyev əlini Xudafərin körpüsünə tutaraq bildirdi ki, bu, dostluq körpüsüdür, amma İran yenə də öz əməllərindən əl çəkmədi. Sözün əsl mənasında hazırda İran özünü quyuya atdı”. 

Xəbərlər