KOMİTƏ İCLASLARI 1 Fevral 2023, 13:59 | Baxış sayı: 131
"İran bizə qarşı müharibə elan edib və biz də buna uyğun cavab verməliyik”

"İranda səfirliyimizə qarşı törədilən terror aktı ölkə ərazisimizə hücum kimi qiymətləndirilməlidir".

Bunu deputat Fəzail Ağamalı Milli Məclisin bugünkü plenar iclasında çıxışı zamanı bildirib.

Deputat hesab edir ki, çox doğru olaraq DTX baş verən hadisə ilə bağlı cinayət işi açıb: "Bu istintaqın nəticəsində fars molla rejmi terror aktının təşkilatçısı kimi cəzalandırılmalıdır. Biz İrana qarşı hər hansı güzəştə getməməliyik. İran 30 ildən çoxdur ki, ölkəmizə qarşı düşmənçiliyini davam etdirir. Burda fəaliyyət göstətrən İran deputat qrupunun işinə xitam verilməlidir".

F.Ağamalı qeyd edib ki, baş verən hadisə BMT səviyyəsində müzakirəyə çıxarılmalıdır və İran həqiqi qiymətini almalıdır.

"İran bizə qarşı müharibə elan edib və biz də buna uyğun cavab verməliyik”, - deyə Fəzail Ağamalı vurğulayıb.

 

Mənbə: bakivaxti.az

Xəbərlər