"İnsanlar gecə yatıb səhər durur görür ki, qiymət qalxıb".
“Ai-95” premium markalı benzin bahalaşıb.
SOCAR daim qiymət artımını dünyada neftin bahalaşması ilə əlaqələndirsə də, iqtisadçı ekspertlər bu iddiaların əsassız və qeyri-səmimi yanaşmaolduğunu bildirirlər.
Qeyd etmək lazımdır ki, dünyada neftin qiyməti 1 ay əvvəl 130 dollar idisə, hazırda 99 dollara düşüb.
Maraqlıdır, bəs Azərbaycanda benzinin qiyməti niyə artırılıb?
Deputat Tahir Kərimli Bakıvaxtı.az-a qiymət artımlarına etiraz etdiyini bildirib:
“Benzinin qiymətinin artımına etiraz etməzdim. Biz aldığımızı ancaq beynəlxalq qiymətlərlə tənzimləyiriksə, onlara əməkhaqqı, pensiya, təqaüd verəndə niyə belə etmirik? Bizim axı, xalqa verdiyimiz əməkhaqqı, müavinət, pensiya, dolanışıq dünya qiymətlərindən 10 dəfə aşağıdır”.
Deputat qeyd edib ki, qonşu ölkələrdə benzin bizdəkindən dəfələrlə ucuzdur:
“Biz nə vaxt görmüşük ki, dünyada neftin qiyməti ucuzlaşanda, bizdə də eynisi tətbiq olunsun. Neftin qiyməti dünyada dəfələrlə gah aşağı, gah yuxarı oynayıb. Bəs nə yaxşı dünyada qiymət artanda bizdə də artır, azalanda yox? Dünyada qiymət ucuzlaşanda da bizdə artım olur. Bu, nə soyğunluqdur? Bir yandan ərzaq, bir yandan neft, daşınmanın qiyməti hamısı artıb. Biz deputatıq deyə, xalqımızın dərdimi çəkməli deyilik? Biz elə xalqı düşünmək üçün seçilmişik. Mən qiymət artımına etiraz edirəm. İnsanlar gecə yatıb səhər durur görür ki, qiymət qalxıb. Bu, nə rüsvayçılıqdır?! Xalqla siçan-pişik oynayırlar?!”