Cəmiyyət 25 Mart 2022, 14:01 | Baxış sayı: 220
"İndiki vəziyyətdə - pandemiya şərtlərinin tam aradan qaldırılmadığı vaxtda mitinq təşkil etmək lazım deyil".

“Razılaşdırılmış mitinq keçirmək hər bir Azərbaycan vətəndaşının haqqıdır. Amma hesab edirəm ki, indiki vəziyyətdə - pandemiya şərtlərinin tam aradan qaldırılmadığı vaxtda mitinq təşkil etmək lazım deyil. Ümumiyyətlə, Ukraynaya dəstəklə bağlı Rusiya və Qərb dövlətlərində mitinqlərin təşkilini daha yaxşı başa düşmək olar. Nəzərə almaq lazımdır ki, onların Ukrayna və NATO ilə bağlı maraqları var”.

Bunu Pravda.az-a açıqlamasında Milli Məclisin İnsan hüquqları komitəsinin sədr müavini Tahir Kərimli Milli Şuranın aprelin 2-nə təyin etdiyi Ukraynaya dəstək aksiyası ilə bağlı danışarkən deyib.

Deputat qeyd edib ki, Azərbaycan cəmiyyətinin Ukraynaya dəstəyi inkar oluna bilməz, amma məncə, həmin dəstəyi ifadə etmək üçün mitinqə ehtiyac yoxdur: “Burada subyektiv meyillər müşahidə edilir. Milli Şura sanki deyir ki, “mən də varam, Ukraynanı müdafiə edirəm”. Hesab edirəm ki, ölkədə Ukrayna problemi ilə yanaşı daha ciddi, milli prioritetlərimiz var. Yəni, Azərbaycan üçün Ukraynadan daha vacib olan Qarabağ və sosial problemlər kimi məsələlər qaldığı halda, niyə məhz Ukrayna?! Deməli, bir sıra qüvvələr fürsətdən istifadə edərək özünü göstərmək istəyir. İstənilən halda, razılaşdırılmış olarsa, mitinq keçirilməsi mümkündür”.

 

Deputat Azər Badamov isə deyib ki, Milli Şuranın Ukraynaya dəstək aksiyası keçirməsinə ehtiyac yoxdur: “Bu məsələdə Azərbaycanın dövlət siyasəti məlumdur. Milli Şura kimdir ki, Azərbaycanın dövlət mövqeyini kənara qoyaraq nümayiş keçirir?! Yəni, bu, tamamilə şou xarakterli çağırış və qanuna zidd davranışdır. Hesab etmirəm ki, Milli Şura belə aksiyanın baş tutmasına nail ola bilər

Xəbərlər