Cəmiyyət 28 Noyabr 2022, 15:05 | Baxış sayı: 161
"İnanmıram ki, cinsi azlıqların nümayəndəsindən kimsə Milli Məclisə düşə bilsin, çünki bu xalqın seçimidir."

“Azərbaycan xalqı milli mentalitetə malik olan, özünün adət-ənənələrinə, milli dəyərlərinə hörmətlə yanaşan bir xalqdır”. 

Bu fikirləri Demokrat.az-a açıqlamasında Milli Məclisin deputatı Tahir Rzayev deyib.  Deputat daha sonra bunları əlavə edib:

“İnanmıram ki, cinsi azlıqların nümayəndəsindən kimsə Milli Məclisə düşə bilsin, çünki bu xalqın seçimidir. Xalq əlbəttə ki, öz namizədlərinə səs verir. Ancaq inanmıram ki, Azərbaycan xalqı cinsi azlıqlardan olan hər hansı bir kəsi parlamentə deputat kimi seçsin. Əlbəttə ki, mənim fikrim tam başqadır. Bu, insan haqqıdır, insan hüququdur. Bu, qorunmalıdır. Ancaq müəyyən dəyərlər var ki, hər bir xalq o dəyərlərə hörmətlə, diqqətlə yanaşmalıdır. Bunun mənasını, bunun gələcək problemlərin anlamalıdır. Əgər insan bu gün həyatda yaşayırsa, o dünyaya oğul və qız bəxş etməlidir. Dünya yeniləşməlidir, yeni nəsillər gəlməlidir. Əlbəttə ki, bu nəsillər ölkənin dövlət quruculuğunda, ölkənin ictimai-siyasi həyatında, eləcə də iqtisadi həyatda fəal iştirak etməlidir. Əgər cinsi azlıqlar varsa və onlar dünyaya övlad gətirməyə qadir deyilsə, deməli həyat uçuruma gedir. Həyat sonsuzluğa, fəlakətə gedir. Ona görə də, mən şəxsən bu cinsi azlıqların fəaliyyətinə, onların fəallaşmasına, onların geniş maştabda fəaliyyət göstərməsinə bir insan kimi mənfi münasibətdəyəm”.

 “Bir daha qeyd edirəm ki, insanların hüququ, haqqı, azadlığı var Bu qanunlara müxtəlif ölkələrin konstitusiyalarında təsbit olunub. Ancaq bir vətəndaş kimi cinsi azlıqların əleyhinəyəm. Bizə də bir neçə il bundan əvvəl, 2004-2005-ci illərdə Avropa Şurası tərəfindən müəyyən təkliflər olunmuşdur ki, cinsi azlıqlar haqqında qanun qəbul olunsun və onların fəaliyyəti genişləndirilsin. Ancaq o dövrdə nəinki deputatlar, ictimaiyyət bu informasiyaların tamamilə əleyhinə getdi. Və qəti olaraq öz kəskin etirazlarını bildirdilər. Əlbəttə ki, bu qəbulolmaz idi. Düzdür, onların müəyyən hüquqları var. Sözsüz ki, müəyyən çərçivədə onlar qorunmalıdır. Bu adamlara nəyisə qadağan etmək mümkün deyil. İnanmıram ki, Azərbaycan seçiciləri öz səslərini belə insanlara versinlər”. 

Xəbərlər