Cəmiyyət 24 Avqust 2021, 13:45 | Baxış sayı: 294
İnaktiv virus peyvəndlərinin tarix boyu hamiləliyə yan təsiri olmayıb”.

“COVID-19 vaksini sağlamlığa zərər olsaydı, Amerika, Avropa və İsrail kimi ölkələrdə istifadəsi zəruri hesab edilməzdi”.

Modern.az-ın məlumatına görə, bunu Milli Məclisin deputatı, tibb üzrə elmlər doktoru Rəşad Mahmudov təhsil işçilərinin vaksinasiyasına həsr olunan onlayn vebinarda söyləyib:

“Peyvəndin qısamüddətli əks təsirləri gündəlik istifadə etdiyimiz aspirin, parasetamol, sadə antibiotiklərdən çox deyil. Mən bütün təhsil işçilərini peyvənd olunmağa çağırıram”.

O, xüsusilə vaksinin hamiləliyə ziyan olmadığını qeyd edib: “İnaktiv virus peyvəndlərinin tarix boyu hamiləliyə yan təsiri olmayıb”.

“Həmin elmi tədqiqatda 20 fərqli sahə üzrə bir həftə öncə çıxan klinik protokollar ortaya qoyuldu və təsdiqləndi. Protokolda qeyd edilir: “Bütün hamilə olan və gələcəkdə hamiləliyi planlaşdıran şəxslərin nəzərinə: mütləq sizin peyvənd olunmağınız tövsiyə olunur”. Bu, minlərlə araşdırmanın nəticəsi, elm adamlarının qərarıdır”.

 

Rəşad Mahmudov həm də ürək-damar və s. xəstəlikləri olan insanlara peyvəndin təsiri barədə danışdı:  “Ən birinci peyvənd olunmalı şəxslər risk qrupunda olanlardır”.

“Ürək damar xəstəlikləri olan, şəkərli diabetdən əziyyət çəkən, astma və xərçəng xəstələri anında peyvəndlənməlidir. Allergiyanın bütün növlərindən əziyyət çəkən şəxslərin də erkən peyvənd olunmasına ehtiyac var. Dünyanın heç bir ölkəsində peyvənddən öncə müayinə müzakirə mövzusu olmayıb. Ölkələr hüquq qarşısında məsuliyyət daşıdığına və əks göstərişlərlə bağlı tədqiqatlar tamamlanmadığına görə mütəxəssislər ön tədbir olaraq risk qrupunda olanlara bunu məsləhət görməmişdilər. Çox nadir xəstəliklər var ki, onların kəskin fazasında peyvənd təxirə salınır. AİDS, HİV xəstələri kəskin fazada bunu keçirirsə, həkimlər məsləhət görürlər ki, bu dövr bitsin sonra vaksin vurdurun”.

Rəşad Mahmudov xüsusilə əlavə edib ki, 89 min koronavirus xəstəsi üzərində İsveçrədə aparılmış tədqiqatlara görə, peyvəndin ürək-damar xəstəliyi arasında riskləri, beyin ölümünü artırması barəsində heç bir dəlil tapılmayıb:

”Koronavirusa yoluxaraq xəstəxanaya orta-ağır vəziyyətdə düşən xəstələrin 2 həftə ərzində ürək damar xəstəliyinə tutulma, insult keçirmə faizi 6.8 dəfə artmaqdadır. Peyvəndin ürək-damar xəstəliyini artırması ilə bağlı heç bir dəlil yoxdur”.

Xəbərlər