Cəmiyyət 16 Avqust 2021, 17:56 | Baxış sayı: 271
"İmam Hüseyn şəhidliyində, Məhərrəmlikdə toy etmək doğru deyil".

14 və 15 avqust tarixlərində Daxili İşlər Nazirliyinin, Qida Təhlükəsizliyi Agentliyinin və İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin nümayəndələri Bakı şəhərində və respublika ərazisində 77 toy şənliyinin monitorinqini həyata keçirib.

Milli Məclisin üzvü Aqil Abbas bu haqda Yenisabah.az-a danışıb. O, toy edənləri Allahın insafına buraxdığını bildirib:

“Toyları kim edirsə Allah onlara insaf versin. Əvvəllki zamanlarda Azərbaycanda yaşayan ermənilər, ruslar, digər xalqın nümayəndələri belə Məhərrəm ayına hörmətlə yanaşırdılar, toylar keçirilmirdi.

Bəlkə də insanlar pandemiya şəraitinə görə məcbur olub toy edirlər, içlərində qorxu yaranıb ki, yenidən karantin olacaq. Lakin belə qorxuları varsa gedib kəbin kəsdirsinlər, evlərində 5-10 nəfərlə qeyd etsinlər. Guya bu günə kimi karantin zamanı evlənən olmayıb? Olub 5-10 nəfər yığışıblar toy ediblər. Heç bir problem olmayıb”.

A.Abbas Məhərrəm ayında toy keçirməyi qəbul etmədiyini vurğulayıb:

“20 Yanvarda, 26 Fevralda toy keçirilirmi? Xeyr. O cümlədən İmam Hüseyn şəhidliyində, Məhərrəmlikdə toy etmək doğru deyil. Kim edirsə, Allah xoşbəxt eləsin. Mən bu anlayışı qəbul etmirəm”.

Xəbərlər