"İl ərzində 600-ə yaxın intihar hadisəsi qeydə alınır"
KOMİTƏ İCLASLARI
21 Dekabr 2023, 17:18 | Baxış sayı:
215
Azərbaycanda il ərzində 600-ə yaxın intihar hadisəsi qeydə alınır, bunun da çoxu qadın və məktəbyaşlı uşaqlardır.
Bunu Milli Məclisin deputatı Tamam Cəfərova parlamentin Ailə, qadın və uşaq məsələləri komitəsinin bugünkü iclasında çıxışı zamanı deyib.
O qeyd edib ki, intihar edən məktəblilərin əksəriyyəti məişət zorakılığı olan ailələrdə böyüyənlərdir: “Bir nümunə çəkim ki, ata və ana dalaşır, övladını isə o biri otağa salır ki, hadisəni görməsin. Bağlı qapı arxasında qalan 13 yaşlı qız isə dözməyib özünü aşağı atıb intihar etmişdi”.
report.az