KOMİTƏ İCLASLARI 25 Yanvar 2023, 14:54 | Baxış sayı: 223
"İki yeni cəzaçəkmə müəssisəsi tikilib, amma istifadə olunmur"

“Azərbaycan dövlətinin maliyyə vəsaiti hesabına Gəncəbasarda və cənub zonasında iki cəzaçəkmə müəssisəsi tikilib, amma istifadə olunmur”.

APA xəbər verir ki, bunu Milli Məclisin İnsan hüquqları komitəsinin bu gün keçirilən iclasında deputat Naqif Həmzəyev deyib.

O bildirib ki, məhkumlar hələ də cəza çəkmək üçün Bakıya göndərilir: “Həmin cəzaçəkmə müəssisələri ən azı bu il, ən pis halda gələn il açılsın ki, ora xərclənən vəsait boşa getməsin. İkincisi, bizim vəkillər hələ də dustaqla görüşməyə PCR testi verib gedir. Bu məsələ artıq aradan qaldırılmalıdır”.

Naqif Həmzəyev qeyd edib ki, Avropa Məhkəməsi əmlakla bağlı verilmiş yanlış qərarlara görə Azərbaycan dövlətini cərimələyir: “Bu cəriməni dövlət ödəməli olur. Azərbaycanda məmurlar əmlakı qanunsuz olaraq zəbt etməkdən hələ də çəkinmirlər. Biz çalışmalıyıq ki, Avropa Məhkəməsi bizə qarşı iddia qaldırmağa məsələ tapmasın. Qərb hər zaman bizə qarşı ikili standartlardan çıxış edir. Amma bir sıra məsuliyyətsiz adamlar bəzən onların əlinə fürsət verir. Təklif edirəm ki, bununla bağlı dinləmə keçirək”.

Xəbərlər