Cəmiyyət, Siyasət 29 İyul 2021, 14:59 | Baxış sayı: 291
"İdmanın bəzi sahələrində olduğu kimi, bir-birinə “pas” verməmək bacarığı tək Azərbaycan deyil, ümumilikdə türk millətinə xas əlamətdir".

"Azərbaycan Respublikası Prezidenti, cənab İlham Əliyevin əmri ilə Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinə kifayət qədər vəsait ayrılır. Lakin görünən o ki, 30 ildə xalqımıza və ələxsus, II Qarabağ döyüşləri zamanı mülki əhaliyə qarşı törədilən cinayətkarlıqları dünyaya çatdırmaq üçün Diaspor Komitəsi kifayət qədər aktiv fəaliyyət göstərmir".

Məsələ ilə bağlı Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvü Asim Mollazadə Bakıvaxtı.az-a bildirib.

O vurğulayıb ki, bu yöndə çox işləmək lazımdır: “Xaricdə yaşayan erməni qruplaşmaları orda öz beynəlxalq təşkilatlarını qurur və öz planları üçün bu təşkilatlardan məharətlə istifadə edirlər. İdmanın bəzi sahələrində olduğu kimi, bir-birinə “pas” verməmək bacarığı tək Azərbaycan deyil, ümumilikdə türk millətinə xas əlamətdir. Lakin buna baxmayaraq, türk icması xaricdə daim erməni icmasını üstələyib. Diaspor sahəsinin üzərində ciddi şəkildə işləmək və onu daha aktiv hala salmaq üçün zaman lazımdır. Yaxın müddətdə güclü Azərbaycan diasporunun yaradılmağını gözləmirəm. Azərbaycan icmaları özlərinə dost icmalar tapmalıdır”.

Xəbərlər