Cəmiyyət 9 Yanvar 2023, 16:31 | Baxış sayı: 187
"İdman sahəsinə hər zaman xüsusi diqqət və qayğı göstərilir"

2022-ci il Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə ölkəmiz üçün çox uğurlu bir il oldu. İstər işğaldan azad olunmuş ərazilərdə aparılan quruculuq işləri, istərsə də əhalinin sosial rifahının yaxşılaşdırılması istiqamətində görülən genişmiqyaslı işlər hazırda da davam etməkdədir. Eləcə də, cənab Prezident və Birinci xanım Mehriban Əliyeva tərəfindən idman sahəsinə hər zaman xüsusi diqqət və qayğı göstərilir, nəticədə ölkəmiz dünyada idman ölkəsi olaraq tanınır.

 

Pravda.az-ın xəbərinə görə, bunu Milli Məclisin sədr müavini Adil Əliyev bildirib.

 

"Dövlət başçısının bu sahəyə ayırdığı yüksək diqqət idmançılarımız üçün çox böyük stimuldur. İdmançılarımız da öz növbələrində üzərlərinə düşən vəzifələri layiqincə yerinə yetirərək, bizləri öz qələbələri ilə daim sevindirirlər. Bu gün Prezident İlham Əliyev 2022-ci ilin yekunları ilə əlaqədar idmançılarla görüşmüş, idmanın inkişafında xidmətləri olan idmançıları və idman mütəxəssislərini mükafatlandırmışdır. Çox sağolun, cənab Prezident", - A.Əliyev qeyd edib.

Xəbərlər