Siyasət 18 Avqust 2022, 12:56 | Baxış sayı: 269
"İddiaları təzyiq vasitəsi kimi qiymətləndirirəm".

 

Milli Məclisin deputatı Razi Nurullayev “Siyasi partiyalar haqqında” hazırlanan yeni qanunda demokratik prinsiplərə zidd bəzi məhdudiyyətlərin olacağı iddiasına münasibət bildirib: “Ölkədə hər bir fəaliyyət qanunla tənzimlənir, Konstitusiyaya, hüquqi aktlara uyğunlaşdırılır. Fəaliyyət qanunda olan müddəa, Konstitusiya, digər normativ aktlarla qeyri-mütənasiblik təşkil edirsə, təbii ki, qəbul edilə bilməz. Hazırda “Siyasi partiyalar haqqında” qanunun müzakirəsi gedir. Bununla bağlı, yəqin ki, ictimai müzakirə də olacaq. Hər kəs fikrini deyə biləcək. Siyasi partiyalar da təklif və tövsiyələrini verirlər. Bəlkə, hansısa partiya israrlı olacaq ki, bu bənd, qanuna keçməlidir. Hər bir partiyanın öz baxışı var. Ümumi müzakirə keçiriləcək. Təbii ki, heç bir qanunsuz addım atılmayacaq. Qanun qəbul olunmamış, parlamentin müzakirəsinə çıxarılmamış, ictimai müzakirə keçirilməmiş kimlərinsə indidən belə bir iddia ortaya atması heç də doğru yanaşma deyil. Kim nə bilir ki, qanunda nə olacaq, hansı qərar keçəcək, hansı yox? Ona görə də bəri başdan belə iddialar irəli sürülməsini təzyiq vasitəsi kimi qiymətləndirirəm. Bəlkə də, özünə güvəni, inamı, bazası olmayan partiyalar indidən bu cür ictimai rəydə təyziq formatı formalaşdırmaq istəyirlər”.

Mənbə: Pravda.az 

Xəbərlər