Plenar iclaslar 27 Dekabr 2021, 15:41 | Baxış sayı: 279
"Həyəcan təbili çalmaq istəyirəm ki, cənub bölgəsində erkən nikahlar məsələsində vəziyyət çox pisdir".

“Gender problemi bütün dünyada aktualdır. Hər ölkədə belə problemlər var”.

APA xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Elman Nəsirov “Gender bərabərliyinin təmin edilməsinə nəzarəti həyata keçirən müvafiq icra hakimiyyəti orqanının illik məlumatı”nın müzakirəsi zamanı deyib.

Deputat bildirib ki, Azərbaycanda cənub bölgəsində ən çox narahatedici məsələ erkən nikahlarla bağlıdır: “Cənub bölgəsində bəzi valideynlər 9-cu sinifdən sonra uşaqlarının təhsilini davam etdirməsində maraqlı olmur. Başqa regionlarla müqayisədə, cənub bölgəsində erkən nikah, qızların təhsildən yayınma halları daha çoxdur. Bahar xanımdan xahiş edirəm o statistika varsa, təqdim etsin. Burada həyəcan təbili çalmaq istəyirəm ki, cənub bölgəsində erkən nikahlar məsələsində vəziyyət çox pisdir. Eyni zamanda narkomaniya ilə bağlı məsələdə də vəziyyət ürəkaçan deyil. Erkən nikah, təhsildən yayınma, narkomaniya cənub bölgəsində daha geniş yayılmaqdadır. Həyəcan təbili çalıram və xahiş edirəm ki, aidiyyəti qurumlar bu məsələdə fəaliyyəti gücləndirsinlər”.

Xəbərlər