Siyasət 4 Oktyabr 2022, 13:57 | Baxış sayı: 149
"Hərbçilərimizlə bağlı yayılan video saxtadır, erməni vandallarını dəstəkləyən qüvvələrin işidir"

“Sosial şəbəkələrdə hərbçilərimizlə bağlı yayılan videolara qətiyyən inanmıram. Bu, təxribatdır, montajdır. Ermənilərin tarix boyu, eləcə də, son 30 ildə çirkli əməllərini gördük. Bu erməni vandalları canlı arıları məhv edirlərsə, Allahın insanlara bəxş etdiyi təbiəti yandırıb gedirlərsə, bunlardan nə gözləmək olar? Bunlardan ən aşağı, əksik əməlləri görmək olar. Sözügedən video erməni vandallarını dəstəkləyən qüvvələrin işidir. Çox üzücü məqam isə budur ki, Azərbaycanın daxilində müəyyən qüvvələr erməni vandalları ilə həmrəydirlər. Buna üzülürəm. Bizdə bir məfhum var: “Vətən xaini, dövlətə xəyanət”. İnsan daha nələr etməlidir ki, Vətənə xəyanət, dövlətə qarşı cinayət hesab olunsun? Neçə müddətdir Altay Göyüşov, Əli Kərimli kimi insanlar, xaricdə yaşayan erməni zehniyyətli adamlar təxribatları dəstəkləyirlər. Allah onların cəzasını özü verəcək. Sözsüz ki, bütün ictimaiyyət onlara etiraz etməlidir, adları məlumdur: “5-ci kolon”, “içimizdəki Vətən xainləri”. Bundan başqa onlara ad vermək olmaz”.

 

Bu sözləri Pravda.az-a açıqlamasında Milli Məclisin deputatı Məlahət İbrahimqızı deyib.

 

Deputat bildirib ki, 44 günlük Vətən Müharibəsində təcavüzkar Ermənistanı məğlubiyyətə uğratsaq da, işğalçı ordusunu darmadağın etsək də, Ermənistan vandalları, erməni-faşist ideoloqlarının daşıyıcıları bütün istiqamətlərdə mümkün olduğu qədər Azərbaycana qarşı müxtəlif xarakterli təxribatlar törədiblər: “İstər informasiya məkanında, istər ayrı-ayrı beynəlxalq təşkilatlarda erməni lobbisinin, diasporunun xətti ilə müxtəlif ölkələrdə çirkli əməllər törədirlər. Biz müharibə vaxtı da erməni diasporunun Azərbaycan səfirliklərinə, Azərbaycanın diaspor fəallarına qarşı hücumlarının şahidi olduq. Son bir ildə dəfələrlə Azərbaycanın xaricdəki diplomatik korpuslarına, səfirliklərinə vəhşi, vandalcasına hücumlar etdilər. Bütün bunlar erməni xislətindən doğan aksiyalar idi. Vaxtilə türk diplomatlarına qarşı da belə cinayətkar əməllər tördiblər. Döyüş meydanında məğlub olan ermənilər indi başqa çirkli vasitələrə əl atıblar. Bunlar tarix boyu belə olublar. Saxtakarlıq, yalan, fitnə-fəsad, namərdlik, hər cür aşağılayıcı əməllər törədiblər. Öz maraqları naminə ən çirkin, qəddar cinayəti törətməyə hazır olublar. Erməni diasporunun bu gün də kifayət qədər gücü var. 30 il işğal altında olan torpaqlarımız erməni quldurlarından təmizlənsə də, Qarabağın flora və faunasını, eləcə də, oradakı çoxəsrlik tarixə malik olan kəndləri, qəsəbələri, şəhərləri, yaşayış məskənlərini, tarix boyu yaratdığımız maddi-mədəni mirasımızı vəhşicəsinə dağıdıblar. Amma nə oldu? UNESCO bu günə qədər susur. Bir dəfə heç öz missiyasını yerinə yetirmir ki, görsün dünya mirası necə vəhşicəsinə dağıdılıb. Qarabağda təkcə Azərbaycan xalqına, müsəlmanlara deyil, xristian dininə mənsub abidələr də dağıdılıb…”

Xəbərlər