Ümumi 30 Yanvar 2023, 13:37 | Baxış sayı: 104
"Hər kəsin əlindəki özünə qismət..."

Milli Məclisin deputatı Rüfət Quliyev bloger Mehman Hüseynovun deputatları təhqir edərək, Milli Məclisin qabağına çiynində paz aparması hərəkətinə münasibət bildirib. 

Deputat Rüfət Quliyev Demokrat.az-a açıqlamasında deyib ki, Mehman Hüseynov tərbiyyədədən kasaddır:

"Belə bir el sözü var: "Hər kəsin əlindəki özünə qismət". Mənim də arzum budur. Bu blogerin də heç xəbəri yoxdur ki, Milli Məclisdə kimlər oturur, yaşları nə qədərdir. Eybi yox, cavandır. Vaxt keçər, bilər".
 

Xəbərlər