Cəmiyyət 2 Dekabr 2021, 16:32 | Baxış sayı: 296
"Hər bir ölkədə, eləcə də Azərbaycanda işsizlik problemləri var və hesab edirəm ki, müəyyən problemlər həmişə də olacaq".

"Hər bir ölkədə, eləcə də Azərbaycanda işsizlik problemləri var və hesab edirəm ki, müəyyən problemlər həmişə də olacaq. Ümumiyyətlə, bir ölkənin bütün əhalisini işlə təmin etmək mümkün deyil, bunun müəyyən səbəbləri var. Sözsüz ki, Azərbaycanda işsizliyin səviyyəsini 1990-2000-ci illərin əvvəlləri ilə müqayisə etmək olmaz. Əlbəttə ki, ölkədə işsizlik həddinin 6 faizə endirilməsi real göstəricidir. Müəyyən şəxslərin işlə təmin olunmaması kütləvi işsizlik demək deyil və bu, indiyə qədər görülən işlərin üzərindən xətt çəkə bilməz. Ölkədə işsizlik problemi dövlətdən yox, cəmiyyətin özündən asılıdır".

Bunu Pravda.az-a açıqlamasında Milli Məclisin deputatı Tahir Rzayev deyib.

Deputat bildirib ki, bəzi vətəndaşlar xüsusilə xidməti işlərdə sutkada 18 saat işləyirlər: "Yəni, doğrudan da, bir sıra vətəndaşlar sutkada 3 nəfərin işini görürlər. Elə ağır işlər var ki, 12 saat işi belə 3 növbəli işləmək lazım gəlir, amma Azərbaycanda bəzi hallarda buna əməl edilmir. Belə olan halda, iş yerləri arta bilər. Bundan başqa, bəzi hallarda xüsusilə kənd yerlərində təsərrüfat işləri ilə məşğul olanlar işçi kimi qeydiyyata düşmürlər. Bu, işsizlik səviyyəsinin daha çox olmasına səbəb olur. Ona görə də problemin həlli üçün vətəndaşların özü də təşəbbüs göstərməlidirlər".

Xəbərlər