Plenar iclaslar 17 Mart 2023, 12:54 | Baxış sayı: 206
"Həkim və müəllimlərin təqaüdə göndərilməsi üçün yaş həddi artırılsın"

Milli Məclisin Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov həkim və müəllimlərin təqaüdə göndərilməsi üçün qoyulan yaş həddinin artırılmasını təklif edib.

“Report”un məlumatına görə, komitə sədri hökumətin hesabatının müzakirəsi zamanı bildirib ki, həkim və müəllimlərin işçi kimi saxlanılmasında 65 yaş həddi ilə bağlı məsələyə yenidən baxılmalıdır.

Onun sözlərinə görə, rayonlarda xeyli vakant yerlərin olmasını nəzərə alaraq həkim və müəllimlərin təqaüd yaş həddi istisna olaraq 70 yaşa qədər artırılması məqsədəuyğun olardı:

“Nazirlər Kabinetindən bu məsələnin nəzərə alınmasını xahiş edirəm”.

Xəbərlər