Ümumi 11 Yanvar 2023, 19:05 | Baxış sayı: 102
“Heç ömrümdə Xanlar Vəliyevlə rastlaşıb bu barədə söhbət də etməmişəm”

“Qurban Məmmədov bir müddət öncə verdiyim müsahibəni indi cümlə-cümlə təhlil edib, təhqiramiz sözlər səsləndirir. Dostoyevski deyirdi ki, yolda hər hürən itə cavab versən, mənzil başına çata bilməzsən. Xırda bir məsələni deyim: o zaman tamamilə doğru olaraq ictimaiyyətin fikrini, narahatlığını bölüşmüşəm. Qanunu izah edərək xalqı da səbrə çağırmışam ki, dövlət bunu cəzasız qoymayacaq, erməniyə satılanlar da, işgəncə verənlər də hökmən cəzalarını alacaqlar. İndi də bu fikirdəyəm. Həmin vaxt doğrudan da, müəyyən proseslər getdi, durğunluq oldu və s.”

 

Bu sözləri Pravda.az-a açıqlamasında Milli Məclisin deputatı Tahir Kərimli deyib.

 

“Qurban Məmmədovun vaxtilə Ali Məhkəmənin sədri olmağıma lağ etməyinə gəlincə... Yerliçilik əsasında özü Ali Məhkəmənin sədri olmaq istəyirdi, amma ona dedilər ki, sən bir gün belə hakim olmamısan. İndi də onun heyfini çıxır. Xanlar Vəliyevdən maddi təminat görmək məsələsinə gəlincə isə, bu insan ömür boyu Rəsul Quliyevin və digərlərinin yalını yeyib. Hətta vətənimdə - Şamaxıda belə, Bakıda və digər yerlərdə mal-mülk sahibi olub. Hamı bilir ki, deputat olmağıma baxmayaraq, mənim heç nəyim yoxdur. Yalı yeyən onun özüdür. Elə bilir ki, hamı onun kimidir. Buna çox diqqət etmək lazım deyil. Mən heç ömrümdə Xanlar Vəliyevlə rastlaşıb bu barədə söhbət də etməmişəm. Onunla heç bir təmasım olmayıb...”, - T.Kərimli bildirib.

Xəbərlər