İctimai Dinləmə 13 Mart 2023, 13:02 | Baxış sayı: 190
"Harada görünüb ki, universitetə 75 nəfər qəbul olunsun, amma 100 nəfər bitirsin?!"

"Harada görünüb ki, bir universitetin məsələn, hüquq fakültəsinə 75 nəfər qəbul olunsun, amma 100 nəfər bitirsin?!".

"Report" xəbər verir ki, bunu Milli Məclisdə "Ali təhsil haqqında" qanun layihəsi ilə bağlı keçirilən dinləmədə deputat Musa Qasımlı deyib.

O bildirib ki, vətəndaşlar gedib xaricdə təhsil ala bilərlər və bu, onların hüququdur:

"Biz necə edək ki, universitetlərə qəbul hamı üçün əlçatan olsun? Amma universitetlər keyfiyyətli kadr hazırlasın. Harada görünüb ki, bir universitetin məsələn, hüquq fakültəsinə 75 nəfər qəbul olunsun, amma 100 nəfər bitirsin?! Bu, dünyanın heç bir yerində yoxdur. Biz kimi aldadırıq? İrəli getmək üçün təhsilimizi sağlamlaşdırmalıyıq".

Xəbərlər