Siyasət 10 Mart 2023, 13:11 | Baxış sayı: 129
“Hansısa ölkədə mitinq keçirilirsə, dərhal onu nümunə gətirirlər...”

“Bu gün Azərbaycan uğurla addım atan, inkişaf edən, ən stabil ölkələrdən biridir. Təbii ki, bunun kökündə dayanan vacib məsələ xalq-iqtidar birliyi, Azərbaycan xalqının, dünya azərbaycanlılarının cənab İlham Əliyevin yürütdüyü siyasəti dəstəkləməsi, hər zaman bu siyasətə sadiqlik nümayiş etdirməsidir. Çünki cənab Prezident İlham Əliyevin yürütdüyü siyasətin mərkəzində məhz stabillik, inkişaf, tərəqqi, insanların sosial rifahının yaxşılaşdırılması, müstəqil milli maraqlar dayanır. Əlbəttə, bütün bunlar bəzi dairələri çox ciddi narahat edir. Onların 1990-cı illərin əvvəllərindəki təfəkkürlərində qalan əlaltıları Azərbaycanı o vaxtkı Azərbaycana çevirmək niyyəti daşıyırlar. Daxilimizdə hərcmərcliyin, xaosun, anarxiyanın güclənməsini, Azərbaycanın zəifləməsini, parçalanmaq astasında olan bir ölkəyə çevrilməsini istəyən qüvvələr də var. Onlar Azərbaycanı gözü götürməyən dairələrin təsiri altında hansısa ölkədə mitinq keçirilirsə, dərhal onu nümunə gətirirlər”.

 

Bu sözləri Pravda.az-a açıqlamasında Milli Məclisin deputatı Cavid Osmanov deyib.

 

Deputat bildirib ki, Azərbaycanın daxilindəki anti-milli qüvvələr Gürcüstandakı hadisələrdən istifadə edərək, sosial şəbəkələr üzərindən Azərbaycan xalqını aşağılayıb, xalqın mübarizə ruhunun olmadığını deyirlər: “Gürcüstanı bizə nümunə gətirirlər. Azərbaycan xalqının mübarizə ruhu var və bunu xalqımız dəfələrlə sübut edib. İstər 44 günlük Vətən müharibəsində, istər anti-Azərbaycan dairələrin bunndan əvvəl də Azərbaycana təsir etmək niyyəti daşıdıqları dövrlərdə... Azərbaycan xalqının mübarizə ruhu, xalq-iqtidar birliyi bu gün daha da güclənib. Azərbaycanın qarşısında artıq yeni, böyük hədəflər var və bu hədəflərə çatması, daha güclü ölkə qurması üçün dünya azərbaycanlıları, Azərbaycan xalqı cənab Prezidentin ətrafında sıx birləşib, bu yolda uğurla addımlayır”.

Xəbərlər