İqtisadiyyat, Plenar iclaslar 16 Noyabr 2021, 15:10 | Baxış sayı: 277
“Əhalinin ərzaq təhlükəsizliyini təmin etmək üçün burada əsas şərt azad rəqabəti təmin etməkdir".

Mərkəzi Bankın sədri Elman Rüstəmov ərzaq təhlükəsizliyinin səviyyəsinin yüksəldilməsindən danışıb.

Modern.az xəbər verir ki, Milli Məclisin plenar iclasında çıxış edən Elman Rüstəmov bu ekosistemdə ciddi işlərin görülməsinə ehtiyac olduğunu bildirib:

“Əhalinin ərzaq təhlükəsizliyini təmin etmək üçün burada əsas şərt azad rəqabəti təmin etməkdir. Qiymət artımına təsir edən təbii amillər var. Amma süni qiymət artımı rəqabət rejimində olan problemlərlə bağlıdır. Biz burada azad rəqabəti təmin etməliyik”.

 

"Cari ildə ölkənin xarici ticarəti və tədiyyə balansı profisitdir. Valyuta bazarında tarazlıq müşahidə olunur".

"Valyuta təklifi orta valyuta təklifini iki dəfə üstələyib. Uçot dərəcəsi 15 faizdən 6,25 faizə endirilib. Cari ildə pul bazası 7,3 faiz artıb. İllik inflyasiya 10 faiz təşkil etməklə hökumətin və Mərkəzi Bankın hədəflərindən kənarlaşıb. İstehlak kreditlərinin faiz dərəcəsinin azalması müşahidə olunur".

Mərkəzi Bankın sədri bildirib ki, milli iqtisadiyyatda inflyasiyaya xarici təsirlər güclənib.
Onun sözlərinə görə,  qlobal ticarətdə qırılmalar, pandemiya ilə əlaqədar işçi qüvvəsinin çatışmazlığı yaşanır:
“Proqnozlara görə, qlobal əmək bazarı pandemiyadan əvvəlki vəziyyətə qayıtmayacaq. Qlobal işsizlik səviyyəsinin 2021-ci ilin sonuna kimi isə 206 milyon nəfərə yüksəlməsi gözlənilir. Bitki yağının, taxıl məhsullarının qiyməti sürtələ yüksəlib. Buna qlobal tələbatın, yanacaq, gübrə və logistika xərclərinin artması təsir edib. İqtisadiyyatda inflyasiya gözləntiləri məqbul səviyyədə lövbərlənib”.

Xəbərlər