Plenar iclaslar, Qanun Layihələri 14 Dekabr 2021, 17:22 | Baxış sayı: 284
“Guya 267 900 nəfər pandemiyanın tüğyan etdiyi bir vaxtda öz ərizəsi ilə işdən çıxıb".

“Guya 267 900 nəfər pandemiyanın tüğyan etdiyi bir vaxtda öz ərizəsi ilə işdən çıxıb. Bu rəqəm xeyli dərəcədə şişirdilmiş rəqəmdir”.

APA xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında “İşsizlikdən sığorta haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” qanun layihəsinin müzakirəsi zamanı parlamentin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədr müavini Əli Məsimli deyib.

Ə. Məsimli bildirib ki, qanunvericiliyə əsasən, öz ərizəsi ilə işdən çıxan şəxs işsizlik müavinəti ala bilmir: “Bu cür statistika işsizlikdən əziyyət çəkən insanlara ciddi zərbə vurur. İşçilərin xeyli hissəsini işdən çıxmaq barədə ərizə yazmağa məcbur edirlər, bu insanlar taleyin hökmünə buraxılıb. Bu istiqamətdə dərin araşdırmaların aparılmasına ehtiyac var. Həmin vaxt bu qədər insanın öz ərizəsi ilə işdən çıxması inandırıcı deyil. Pandemiya dövründə belə hərəkətin edilməsini qəbuledilməz hesab edirəm”.

Xəbərlər