Cəmiyyət, Siyasət 16 Noyabr 2021, 14:51 | Baxış sayı: 313
"Əgər Niderland səfiri Azərbaycan ərazisinin bir hissəsini tanımaq fikrində deyilsə, görüşünü açıqca bəyan etsin, o halda dərhal ölkədən qovulmalıdır".

“Niderlandın Ermənistandakı səfiri ölkəsinin Azərbaycandakı səfirinin Şuşaya səfərini şərh edərkən bildirib ki, "bu heç bir şəkildə Şuşa və ya Qarabağa gerçəkləşdirilən ziyarətin ölkəsinin mövcud durumu legitimləşdirməsi və ya tanıması mənasını daşımadığını" söyləyib. Bu axmaq səfirə çətin də olsa anlatmaq lazımdır ki, indi biz Niderlandın özünü tanıyıb, onun hansısa bir şəhərini və ya bir ərazisini tanımasaq, deməzlər ki, bu nə məntiqsizlikdir?”.

Modern.az-ın məlumatına görə, bunu Milli Məclisin deputatı Fazil Mustafa bildirib.

O qeyd edib ki, səfirin beynəlxalq hüquqdan başı çıxmadığını söyləmək yanlış olar, orada ermənilərin xoşuna gəlmək üçün mənasız bir cümlə işlədib:

“Biz artıq Şuşanı da, Qarabağı da Azərbaycan ərazisi kimi işğaldan azad edərək legitimləşdirmişik. Əgər Niderland səfiri Azərbaycan ərazisinin bir hissəsini tanımaq fikrində deyilsə, görüşünü açıqca bəyan etsin, o halda dərhal ölkədən qovulmalıdır. Türkiyə prezidenti Ərdoğan bunun yaxşı presedentini ortaya qoymuşdu”.

Xəbərlər