KOMİTƏ İCLASLARI 28 Oktyabr 2022, 15:43 | Baxış sayı: 141
“Gömrük tarifi haqqında” qanunda dəyişiklik müzakirəyə çıxarılıb

Bu gün Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında “Gömrük tarifi haqqında” qanunda dəyişiklik müzakirəyə çıxarılıb.

Qanun layihəsi ƏDV-nin məqsədləri üçün qeydiyyatda olan işğaldan azad edilmiş ərazilərin rezidentləri tərəfindən istehsal fəaliyyəti sahələri üzrə xammal və materialların idxalının 2023-cü il yanvarın 1-dən 10 il müddətinə gömrük rüsumlarından azad edilməsini nəzərdə tutur.

Həmin xammal və materialların siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq ediləcək.

Qanun layihəsi müzakirələrdən sonra parlamentin plenar iclasına tövsiyə edilib.

Mənbə: apa.az

Xəbərlər