Siyasət 27 Mart 2023, 12:56 | Baxış sayı: 89
“Fransada vətəndaşların sərbəst toplaşmaq azadlığı kobud şəkildə pozulur, onları döyürlər, yerlə sürüyürlər…”

“Demokratiya digər ölkələrdə daxili sabitliyi pozmaq və öz maraqlarını həyata keçirmək üçün Qərbin əlində bir silahdır. Demokratiya, insan hüquq və azadlıqları Qərbin planlarını həyata keçirmək istədikləri ölkələrə göndərilən siyasi texnoloqların fəaliyyətə başlaması üçün bir vasitədir. Belə olmasaydı, insan hüquq və azadlıqlarından danışan və hesabatlar hazırlayan müvafiq beynəlxalq təşkilatlar, QHT-lər Qərb ölkələrində baş verən özbaşınalıqlar və insan haqlarının kobudcasına pozulması halları haqqında da açıqlama verərdi və yerli televiziya kanallarında belə hadisələri işıqlandırardı. Özünü demokratiyanın beşiyi adlandıran Fransa insan haqlarını kobudcasına pozan və siyasi mənzərəsi ən acınacaqlı olan ölkədir. Fransada vətəndaşların sərbəst toplaşmaq azadlığı kobud şəkildə pozulur və dövlətin apardığı yarıtmaz siyasətə etirazlarını bildirmək istəyən insanları döyürlər, yerlə sürüyürlər, işgəncələrə məruz qoyurlar, təhqir olunurlar və cəzalandırılırlar”.

 

Bu sözləri Pravda.az-a açıqlamasında Milli Məclisin deputatı Azər Badamov deyib.

 

Deputat bildirib ki, Fransada dövlət idarələrində sosial şəbəkələrdən istifadəyə qadağa qoyulub: “Bu, həm də söz azadlığının pozulması və senzuranın tətbiqi deməkdir. Fransa Prezidenti Emmanuel Makronun Fransa televiziyasına müsahibəsi zamanı canlı efirdə biabırçı formada qolundakı bahalı saatını stolun altından gizlincə çıxarması da geniş şəkildə tənqid olundu. Müvafiq Qərb institutları Fransadakı bu özbaşınalıqlara və insanlara qarşı qəddarlıqlara səsini belə çıxarmır, heç bir reaksiya vermir. Əgər belə bir hadisə ölkəmizdə baş versəydi, bütün Qərb gecə-gündüz Azərbaycandan danışardı və müxtəlif yollarla təzyiq göstərməyə başlayacaqdı. Belə yanaşmanı dünyada ədalətsizliyin hökm sürdüyünün göstəricisi hesab edirəm”.

Xəbərlər