"Fransa prezidenti Azərbaycanın suveren ərazisində qondarma dövlətin qondarma haqlarını müdafiə edir"
Təəssüf ki, Fransa bu gün, sözün həqiqi mənasında, dini müstəmləkə siyasətinin mərkəzi kimi təəssürat bağışlayır.
APA xəbər verir ki, bunu deputat Məlahət İbrahimqızı İslamofobiya ilə Beynəlxalq Mübarizə Gününə həsr olunan “İslamofobiya irqçiliyin və ayrı-seçkiliyin spesifik forması kimi: Yeni qlobal və transmilli çağırışlar” mövzusunda beynəlxalq konfransda "Korsika məsələsi və təməl insan hüquqlarının pozulması" mövzusunda QHT-lərin təşəbbüsü ilə keçirilən ictimai müzakirə zamanı deyib.
"Fransanın milli azlıqlara qarşı təməl prinsipləri pozması, bu yöndə cinayətlərin törədilməsi geniş vüsət alıb. Hesab edirəm ki, Korsika məsələsi məhz bu yöndə həyəcan təbilidir. Bütün bunların fonunda, Fransa prezindenti Makron Azərbaycanın suveren ərazisində qondarma bir dövlətin qondarma haqlarını müdafiə edir. Fransa, az qala, bütün ölkələrin daxili işlərinə qarışır. Eynilə, Qarabağdakı ermənilərin separatizmə yönəlməsinə dəstək nümayiş etdirir", - deputat vurğulayıb.