Cəmiyyət 8 Sentyabr 2023, 10:02 | Baxış sayı: 178
"Flora xanım nə deyibsə, düz deyib"

Xalq artisti Flora Kərimovanın bir neçə gün öncə yayılan videosundan sonra sənətkarın ünvanına tənqidlər, hətta təhqirlər səslənir. 

Videoda  Flora Kərimova Bakının bolşeviklər tərəfindən işğalına, Sovet imperiyası tərəfindən Azərbaycan xalqının başına gətirilən müsibətlərə Osmanlı dövlətinin, Ənvər və Nuru Paşaların səbəbkar olduğunu deyir:

“"Qurban olduğum" dediyin o paşan rus qoşunlarını bura gətirməsəydi, mən bu gün rus dilində danışacaqdım?! Mənim Vətənimi almaq istəyən, dilimi də alıb. Rus gəlib, neylədi? 3-4 dəfə əlifbamı dəyişdi, aldatdı, 37-ni, Xocalını törətdi, Qarabağı əlimizdən almaq isdədi. O rusu bura qurban olduğunuz paşanız gətirdi! Bu, tarixdir, dəyişəcəksiniz? Flora niyə rus dilində danışır? Hamısını edən sənin paşan oldu... Bu, həqiqətdir. Ərdoğan da bu həqiqəti dilinə aldı. Bunlar mənim fantaziyam deyil. Bu, tarixçilərin elmi məqalələrində yazdıqları, araşdırmalarıdır".


 Deputat Fəzail Ağamalı açıqlamasında xalq artistinin səsləndirdiyi fikirlərə münasibət bildirib:



“Bu barədə nəsə deyə bilmərəm. Hər kəsin öz fikri var. Flora xanımın yaradıcılığına böyük hörmətim var. Gənc yaşlarımdan sevdiyim müğənnilərdən biri olub. Bu gün də ona rəğbət hissim var. Bu və ya digər məsələlərlə bağlı söyləmiş olduğu fikirlər haqqında nəsə deməyi artıq hesab edirəm. Flora xanım nə deyibsə, düz deyib"

demokrat.az

Xəbərlər