“Fazil Mustafanın güllələnməsinin sifarişçilərinin məqsədi dövlətimizə qarşı inamsızlıq, cəmiyyətdə qorxu yaratmaq istəyidir”
“Dəyərli deputat həmkarım Fazil Mustafaya qarşı törədilmiş terror aktını şiddətlə qınayır və qətiyyətlə pisləyirəm. Bu hadisənin sifarişçilərinin məqsədi dövlətimizə qarşı inamsızlıq, cəmiyyətdə qorxu yaratmaq istəyidir”.
Pravda.az-ın xəbərinə görə, bunu deputat Tamam Cəfərova bildirib.
“Bu yolla dövlətimizə təzyiq göstərmək istəyənlər bilməlidilər ki, Azərbaycanın müstəqilliyinə, bütövlüyümüzə və sabitliyimizə heç kim xələl gətirmək iqtidarında deyil. Azərbaycan güclü dövlətdir. Təhlükəsizliyi etibarlı əllərdədir. Bizim gücümüz daxili birliyimizdədir. Dövlətimiz qarşısına qoyduğu hədəflərdən və inkişaf yolundan dönməyəcək. Əminəm ki, hüquq mühafizə orqanlarımız tez bir zamanda cinayəti törədənləri tapıb məsuliyyətə cəlb edəcəklər. Hörmətli Fazil müəllimə Allahdan şəfalar diləyir, onun tezliklə sağalmağını arzulayıram”, - T.Cəfərova qeyd edib.