“Faşizm üzərində Qələbə Günü niyə ləğv olunmalıdır ki? Kimə nə ziyanı var?”
“9 May – Faşizm üzərində Qələbə Gününün qeyri-iş günü olmaması təklifi ilə razı deyiləm. Dədə-babalarımız İkinci Dünya müharibəsində şəhid olub. Onda onlara hörmətsizlik etmiş olarıq. 9 May niyə ləğv olunmalıdır ki? Kimə nə ziyanı var? Tarixi hadisədir. 1941-1945 Böyük Vətən Müharibəsi, ondan öncə 1938-ci ildə İkinci Dünya müharibəsi başlayıb. Azərbaycan xalqı müharibədə iştirak edib. Çox qəhrəman, fədakar, cəsur babalarımız olub. Faşizm əleyhinə vuruşublar. Düz Berlinə qədər gediblər. Necə ki Şuşada erməniləri darmadağın etdik. Ona görə də mayın 9-nun qeyri-iş günü olmaması təklifi düzgün yanaşma deyil”.
Bu sözləri Pravda.az-a açıqlamasında Milli Məclisin deputatı Məlahət İbrahimqızı deyib.
“Qoy bu tarix öz yerində qalsın, istirahət günü də verilir, çox gözəl. Şəxsən mənim babamın neçə vaxt sonra məzarı tapılmadı. Bəs mən babamın ruhu qarşısında nə deyəcəyəm? Deyəcəyəm ki, 9 May olmayıb? Eləcə də Azərbaycanda İkinci Dünya müharibəsində 300 mindən çox şəhid olub. Sovet rejimi idi, o dövrdə elə yaşamışıq, nə edə bilərik?”, - deputat deyib.