Cəmiyyət 19 Sentyabr 2023, 16:39 | Baxış sayı: 160
"Fahişəliyin, qumarın yayılması sanki məqsədyönlü şəkildə həyata keçirilir"

Son dövrlər sosial şəbəkələrdə geniş izləyici kütləsi olan səhifələr qanunsuz onlayn qumar oyunlarını reklam edir.  Bəzi insanlar bu oyunların qurbanına çevrilir, maddi ziyana uğrayırlar. Qanunsuz qumar oyunları keçirənlər və reklam edənlər barədə ölkə qanunvericiliyində cəzalar müəyyən olunsa da görünən odur ki, tədbirlər nəticəsiz qalır. 

Milli Məclisin deputatı Fazil Mustafa açıqlamasında deyib ki, bu cür qanunsuz əməllərin qarşısını almaq çətindir:

“Ümumiyyətlə, fahişəliyin, qumarın və başqa neqativ məsələlərin yayılması sanki məqsədyönlü şəkildə həyata keçirilir. Hansısa qurumlar bunu himayə edir. Hansısa imtiyazlı şəxslər bundan gəlir qazanır. Buna yol vermək olmaz. Sonda ona gətirib, çıxarır ki, ölkədə əxlaqsızlıq vüsət almağa başlayır. Qumar borcları ucbatından insanlar intihar edir, orta məktəblərdə şagirdlər yanlış yollara üz tutur, qumar oynayır, qəlyan çəkir. Bunu biznesə çevirənlər var. Cəmiyyəti bürüyən mənəvi bəlalarla ciddi mübarizə aparılmalıdır”.

demokrat.az

Xəbərlər