"Etik davranış üzrə müvəkkil ödənişsiz əsaslarla fəaliyyət göstərəcək"
Plenar iclaslar
27 Dekabr 2022, 13:23 | Baxış sayı:
274
“Kimlərin etik davranış üzrə müvəkkil təyin oluna biləcəyi layihədə qeyd edilib”.
APA xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Nizami Səfərov deyib.
Deputat bildirib ki, etik davranış üzrə müvəkkil ödənişsiz əsaslarla fəaliyyət göstərəcək və bununla bağlı heç bir yeni ştat yaradılmayacaq.
Qeyd edək ki, deputat Fazil Mustafa etik davranış üzrə müvəkkilin ödənişli əsaslarla fəaliyyət göstərib-göstərməyəcəyi ilə maraqlanıb.