Siyasət 22 Dekabr 2022, 15:41 | Baxış sayı: 140
“Ermənistanın yalançı harayına sapı özümüzdən olan baltalar da dəstək verir”

“Laçın yolu vasitəsilə Ermənistan Azərbaycan ərazilərində hələ də qalmış separatçılara silah-sursat aparılmasını, üçüncü dövlətlərdən terrorçuların, casusların gəlməsini həyata keçirir. Azərbaycanlılar Qarabağda dinc aksiya keçirməklə heç də yol kəsməyiblər. Yolu kəsən ərazilərimizdə müvəqqəti yerləşdirilən rus sülhməramlılarıdır. Əksinə, Laçın yolundan bütün humanitar yardım daşıyan avtomobillərin rahat şəkildə gediş-gəlişi təmin olunur. Bir neçə gündür, sosial şəbəkələrdə yayılan vediolar da buna sübutdur. Təəssüf ki, dünyada ikili standartlar mövcuddur. Ermənipərəst dairələrin, erməni lobbisinin təsiri altında olan bəzi ölkələr, konqresmenlər, senatlar, beynəlxalq qurumlar ikili standartlardan çıxış edərək Azərbaycanı ittiham etməyə çalışırlar. Guya Azərbaycan humanitar fəlakət yaradır…”

 

Bu sözləri Pravda.az-a açıqlamasında Milli Məclisin deputatı Cavid Osmanov deyib.

 

Deputat bildirib ki, Ermənistanın 30 illik işğalçılıq dövründə də hər zaman Azərbaycana qarşı ikili standarlar olub:

 

“Bütün bunlar Azərbaycanı haqlı yolundan çəkindirməyəcək. Azərbaycan haqlı yolu ilə irəli gedəcək. Artıq neçə gündür ki, azərbaycanlı ekofəallar, vətəndaş cəmiyyətinin üzvləri, könüllü gənclərimiz öz haqlı tələblərini irəli sürərək Şuşa-Xankəndi yolunda dinc aksiya keçirirlər. Məqsəd Azərbaycan ərazilərində erməni separatçıları tərəfindən yeraltı və yerüstü sərvətlərimizin, faydalı qazıntıların vəhşicəsinə istismarının qarşısını almaq, dünya ictimaiyyətinin diqqətini buna cəlb etmək, erməni vəhşiliyinə son qoymaqdır. Qarabağdakı aksiya eyni zamanda milli həmrəyliyimizin, birliyimizin təntənəsidir. Təəssüflə deyə bilərik ki, Ermənistanın yalançı harayına xaricdə erməni lobbisinin təsiri altına düşənlərlə yanaşı, daxilimizdə sapı özümüzdən olan baltalar da dəstək verir. Hansılar ki uzun illərdir, xalqımıza, dövlətçiliyimizə, müstəqilliyimizə qarşı xəyanət yolunu tutublar. İndi də erməni yalanına dəstək verirlər. Guya Azərbaycanın daxilindəkilər də aksiyanı dəstəkləmir, ermənilərlə həmfirikdirlər. Bu, növbəti vətən xainliyi, növbəti xəyanətdir. Bu xəyanəti edən anti-milli qüvvələr uzun illərdir Ermənistan üzərindən aldıqları tezislərlə çıxış edirlər. Məqsədləri Azərbaycandakı milli həmrəyliyə zərbə vurmaq, güclənən ölkəmizi zəiflətmək, erməni lobbisindən aldıqları qrantlar hesabına özləri üçün həyat qurmaqdır. İndiyə kimi qarşıya qoyduqları heç bir məqsədə nail ola bilməyiblər, bu dəfə də iflasa uğrayacaqlar. Onların bu addımları Azərbaycan xalqı, eyni zamanda dünya azərbaycanlıları tərəfindən qətiyyətlə pislənir”.

 

Xəbərlər