"Ermənistanın İstanbulda baş verənlərdən guya kədərlənməsi saxta görünür"
“Sosial şəbəkənin hay (erməni-red) seqmentində iki xəbər oxuyuram, birində terrorçu Monte Melkonyan haqqında yeni cizgi filmi çəkilidiyi bildirilir. Digərində isə Ermənistanın xarici işlər nazirinin İstanbulda baş verən terrordan kədərləndiyi xəbər verilir. Filmə baxıram, əvvəldən-axıra türklərə nifrət aşılanır”.
Pravda.az-ın xəbərinə görə, bunu deputat Sahib Aliyev bildirib.
S.Aliyev qeyd edib ki, belə bir cizgi filmi çəkdirən, yetişməkdə olan nəsildə türk düşmənçiliyini gücləndirən, təkcə Monte kimi yaramazı yox, həm də terroru sevdirən bir ölkənin xarici işlər nazirinin İstanbulda baş verənlərdən guya kədərlənməsi saxta görünür: “Deyərdim ki, hətta sözü gedən terroru törədənlərin arxasındakıların verdikləri baş sağlığından da saxta təsir bağışlayır”.