“Ermənistanın humanitar yardım adı altında törətmək istədiyi təxribat siyasi şoudan, sirkdən başqa bir şey deyildir”
“Ermənistanın humanitar yardım adı altında törətmək istədiyi təxribat siyasi şoudan, sirkdən başqa bir şey deyildir”.
Bunu açıqlamasında Milli Məclisin deputatı Tural Gəncəliyev bildirib.
O qeyd edib ki, Ermənistan rəhbərliyi təxribat planının iflasa uğramasından narahatlıq keçirərək məntiqsiz, qeyri-adekvat bəyanatlar verirlər: “Təəssüf ki Ermənistanın siyasi manipulyasiya gedişini dəstəkləyənlər arasında Avropa İttifaqı da var.
Mən onları Avropa İttifaqı ən yüksək, ali rəsmisi olan Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişel konstruktiv mövqeyinə uyğun hərəkət etməyə dəvət edirəm”.
Deputat bildirib ki, Ermənistanın guya Xankəndində yaşayan ermənilərin blokadada olması ittihamı qəbul edilməzdir: “Azərbaycan humanitar yardım kimi Ağdam-Xankəndi yolunu təklif edib. Ermənistan isə qəsddən Laçın yolunda təkid edir.
Beynəlxalq hüquqa əsasən bir ölkədən digər ölkənin ərazisinə yük aparılarkən onun razılığı əsasında olmalıdır. Həmçinin digər ölkənin ərazi bütövlüyünə və suverenliyinə qarşı iddialar olmamalıdır.
Beynəlxalq ictimaiyyət Ermənistan rəsmilərini adekvat çıxış etməyə dəvət etməlidir. Ermənistan, bəsit, məntiqsiz və qeyri-adekvat mövqeyindən əl çəkməlidir.
Azərbaycan güclü dövlətdir. Xankəndində yaşayan ermənilərin ehtiyaclarını qarşılamaq üçün Ağdam-Xankəndi yolu açıqdır”.
bakivaxti.az