Siyasət 21 Dekabr 2022, 14:00 | Baxış sayı: 104
“Ermənistan tərəfi həmişəki kimi xaricdən qrant və yardımlar almaq üçün vəziyyəti öz xeyrinə işıqlandırır”

“Xankəndi Şuşa yolundakı nümayişi xalqın mübariz iradəsinin növbəti bir təccəsümü kimi qiymətləndirərdim. Artıq 9 gündür ki, nümayişçilər hələ də oradadır. Şuşanın soyuğu hər kəsə məlumdur, oradakılar nə hərbçi, nə də dövlətin rəsmi nümayəndələridir. Günlərdir əlisilahlı rus sülhməramlılarına qarşı təmannasız dayanan insanlar xalqının etiraz səsini sivil şəkildə səsləndirir. Etirazçılar Azərbaycan sərvətlərini talan edib, Azərbaycana qarşı silahlanıb, terror aktları törədən bir quruluşla mübarizə aparır. Humanitar yardıma ehtiyacı olanlar bundan qətiyyən məhrum deyil. Bu gün illərdir, bizi ən zəruri humanitar yardımlardan belə məhrum edənlərə qarşı əsl insanlıq nümayiş etdiririk. Ermənistan tərəfi, təbii ki, dünya ictamiyyətinin diqqətini çəkmək, həmişəki kimi xaricdən qrant və yardımlar almaq üçün vəziyyəti öz xeyrinə işıqlandırır. Bu, onların tarix boyu mübarizə üsuludur. Daima özünü beynəlxalq aləmə qurban kimi göstərib…”

 

Bu sözləri Pravda.az-a açıqlamasında Milli Məclisin deputatı Müşfiq Cəfərov deyib.

 

Deputat bildirib ki, aksiyadakı ekofəalların yeganə istəyi ekoloji terrorun, qızıl, mis-molibden yataqlarının qanunsuz istismarının aradan qaldırılması, ekoloqlarımızın suveren ərazilərimizdə monitorinq aparmasına imkan yaradılmasıdır: “Hətta artıq aksiya iştirakçılarının nömrələri internetdə yerləşdirilib ki, təcili yardımla bağlı problem varsa, Xankəndi və digər ərazilərdə yaşayan vətəndaşlarımız müraciət edə bilsinlər. Aksiyanın tək məqsədi torpaqlarımızda qanunsuz istismarın qarşısının alınmasıdır…”

Xəbərlər