Plenar iclaslar 16 İyun 2023, 15:58 | Baxış sayı: 177
“Ermənistan qonşularının ərazi bütövlüyünü pozan çıxışlarına son qoymalıdır”

“Ermənistan qonşularının ərazi bütövlüyünü pozan çıxışlarına son qoymalıdır”.

“Report” xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı Tural Gəncəliyev parlamentin növbədənkənar sessiyası çərçivəsində iyunun 16-da keçirilən plenar iclasında çıxışı zamanı deyib.

Ermənistanın sülhün əldə edilməsində maraqlı olmadığını deyən deputat bildirib ki, Ermənistanın milli atributlarında da qonşu dövlətlərə qarşı ərazi iddiaları mövcuddur:

“Ermənistanın gerbində Türkiyənin Ağrı dağı təsvir olunub. Ermənistan bu məsələlərə yenidən baxmalıdır. Bu yaxınlarda beynəlxalq tədbirlərin birində biz Ermənistan tərəfi ilə müzakirələr zamanı onların destruktiv fəaliyyətini ifşa etdik. Onlar o qədər reallıqdan uzaqdır ki, NATO-nun ən böyük ikinci ordusuna sahib olan Türkiyəyə qarşı da ərazi iddiaları səsləndirirlər. Bu xəstə təfəkkürün nəticəsidir. Ermənistan rəhbərliyi xalqını sülhə hazırlamalıdır. Son hadisələr, Azərbaycan hərbçisinə, Rusiya sülhməramlarına atəş açılması qəbuledilməzdir”.

Xəbərlər