Siyasət 28 Sentyabr 2023, 17:45 | Baxış sayı: 190
"Ermənistan özbaşına deyil ki, Rusiyadan xəbərsiz hansısa addım ata bilsin"

“Azərbaycanın Qarabağda keçirdiyi antiterror tədbirləri Cənubi Qafqazda sabitlik və normallaşma üçün yeni imkanlar yaradıb”.

 

Bu sözləri Türkiyə XİN rəhbəri Hakan Fidan səsləndirib. O, qeyd edib ki, Ermənistan gec olmadan bü fürsəti dəyərləndirməlidir. Nazirin bu açıqlaması Türkiyə-Ermənistan münasibətlərinin bərpası, tərəflər arasında kommunikasiyaların açılması üçün siqnal effekti yaradıb.

 

Məsələ ilə bağlı açıqlama verən deputat Asim Mollazadə qarşıda Ermənistanın Türkiyə ilə münasibətləri nizama salmaq üçün ciddi əngəllərin olmadığını deyib. Parlamentari bunun üçün bəzi zəruri addımlların atılmalı olduğunu sözlərinə əlavə edib.

 

"Ermənistanın bundan sonra Türkiyə ilə münasibətləri normallaşdırmaq üçün Rusiyaya müraciət edə biləcəyi anlaşılandır. Lakin son zamanlar iki ölkə arasında olan gərginlik səbəbilə belə bir addımın atılıb-atılmaması şübhə yarada bilər. Hazırda arada vasitəçi olmadan da ikitərəfli münasibətlərin inkişafı üçün müəyyən danışıqlar baş tuta, addımlar atıla bilər. Yaxın gələcəkdə Zəngəzur dəhlizinin açılması və digər məsələlərlə əlaqədar region dövlətləri arasında kommunikasiyaların açıq olması labüddür. Ermənistan özbaşına deyil ki, Rusiyadan xəbərsiz hansısa addım ata bilsin. Ermənistan və Türkiyə arasındakı münasibətlərinin inkişafı həm də Ermənistanın Azərbaycana qarşı sərgiləcəyi münasibətdən də asılıdır. Ermənilər  kommunikasiyaları açarsa, sərhəddə sabitliyi qoruyub, təxribatlardan çəkinərlərsə, Türkiyə də bölgədə münasibətlərin normallaşması üçün qarşılıq verəcək. Ermənistan, sadəcə olaraq, ərazi iddialarından, revanşist fikirlərdən əl çəkməlidir”, - Asim Mollazadə qeyd edib.

 

Millət vəkili Rusiyanın bu məsələ ilə bağlı mövqeyinə də toxunub:

 

"Rusiya hər zaman bildirib ki, Ermənistan onların nəzarətindədir və münaqişədə olduğu hansısa dövlətlə münasibətlərini məhz onların icazəsi ilə normallaşdıra bilər. Bu mənada Türkiyə-Ermənistan münasibətlərinin perspektivində də Rusiyanın mövqeyi nəzərə alınacaq”.

sfera.az

Xəbərlər