İctimai Dinləmə 31 Oktyabr 2023, 14:03 | Baxış sayı: 233
"Ermənilər Qərbi Azərbaycanda 449 kəndin nəinki adını dəyişib, ümumiyyətlə ləğv edib, tarixdən siliblər

"Ermənilər Qərbi Azərbaycanda 449 kəndin nəinki adını dəyişib, ümumiyyətlə ləğv edib, tarixdən siliblər".

Bunu AMEA-nın prezidenti, akademik İsa Həbibbəyli Milli Məclisdə "Qərbi Azərbaycan toponimləri: tarixin təhrif olunmasından ədalətin bərpa edilməsinədək" mövzusunda ictimai dinləmədə deyib.

O bildirib ki, XX əsr boyunca ermənilər indiki Ermənistan ərazisindən Azərbaycanın adını tamamilə silməyə nail olub: "XX əsrdə Qərbi Azərbaycanda hər şey erməniləşdirilib. Bu, dünyada görülməmiş hadisədir. Başqa yerlədə də müharibə olub, hansısa ərazilər digər dövlətlərin nəzarətinə keçib. Lakin heç bir yerdə toponimlərin bu qədər dəyişdirilməsi ilə bağlı siyasət yürüdülməyib. Bu, genosid siyasətidir. Nəinki milləti qırmaq, onun adını tarixdən silməkdir. Bu, böyük beynəlxalq cinayətdir. Görünən odur ki, ermənilər XX əsr boyu bu siyasəti mərhələli şəkildə, ardıcıl olaraq, məqsədli formada həyata keçirib. Və onu da qeyd edim ki, bu adların hamısı rəsmi şəkildə, ovaxtkı Ermənistan SSR Ali Sovetinin qərarı ilə dəyişdirilib". APA

Xəbərlər