Siyasət 9 Mart 2023, 14:37 | Baxış sayı: 119
"Ermənilər nə qədər tez Azərbaycana reintiqrasiya olunsa, onların güzaranı da yaxşılaşar"

"Azərbaycan tarixən çox millətli və müxtəlif dini konfensiyaların birgə  yaşadığı məkan olub. Ölkımizdə heç vaxt dini və milli müstəvidə münaqişə olmayıb. Sovetlər dönəmində də ermənilər azərbaycanlılarla birgə yaşayırdılar. Onlara qarşı heç bir ayrı seçkilik və təzyiq olmayıb. Amma Ermənistanın düşmən ideologiyası və “böyük Ermənistan” xülyası nəticəsində ermənilərlə son 30 ildə düşmən olmuşuq. Prezident İlham Əliyev torpaqları işğaldan azad etdikdən sonra Ermənistana dövlətçilk səhfəsini bağlamağı və qonşuluq münasibətlərini inkişaf etdirərək regiona sülhün gəlişinə töhfə verməyə çağırış etmişdir. Təəssüf ki, Ermənistan uzatdığımız sülh əlmizdən tutmur və düşmənçiliyi inkişaf etdirməkdə davam etməkdədir".

Bu fikirləri Demokrat.az-a açıqlamasında Milli Məclisin deputatı Azər Badamov deyib. 

Deputat bildirib ki, Prezidenti İlham Əliyev martın 9-da Bakıda işə başlayan “Dünya bu gün: Çağırışlar və ümidlər” mövzusunda X Qlobal Bakı Forumunun açılış mərasimində etdiyi çıxışda Azərbaycandakı tolerant mühitdən danışaraq, Qarabağdakı ermənilərin də Azərbaycanın tərkibində yaşamasında bir problemin görmədiyini bir daha açıqlayıb:

“Belə ki, ölkə başçımız qeyd etdi: “Ona görə əminəm ki, Azərbaycanın Qarabağ regionunda yaşayan ermənilərin həyatı işğal dövründən fərqli olaraq, bundan sonrakı dövrdə daha yaxşı olacaq”. Cənab Prezidentin qeyd etdiyi kimi, Ermənistan artıq öz müstəqilliyini əlindən verərək müstəmləkəyə çevrilib. Bu gün Qarabağda yaşayan ermənilərin Ermənistan tərəfindən idarə olunmağa davam etməsi onların gələcəyi üçün yaxşı heç nə vəd etmir. Əlbəttə ki, ermənilər nə qədər tez Azərbaycana reintiqrasiya olunarlarsa, onların güzaranı da yaxşılaşar. Ölkəmizdə yaşayan digər xalqların və etnik müxtəlifliklərin nümayəndələri kimi dövlətin yaratdığı şəraitdən yararlana biləcəklər. Ölkə başçımızın bu mövzuya bir daha toxunması Qarabağda yaşayan ermənilərə bir çağırışdır. Onsuzda Qarabağda ermənilərin yaşadığı ərazi Azərbaycanın suverən torpaqlarıdır və zaman keçdikcə onlar azərbaycanlılarla birgə yaşamağa məcbur olcaqlar. Ona görə də, gecikən hər bir gün onların ziyanına işləyir. Hesab edirəm ki, dövlət başçımızın çıxışında səsləndirilən məqamlar ermənilər tərəfindən də diqqətlə izlənilir və bir nəticə çıxaracaqlar".

Xəbərlər