Siyasət 20 İyun 2023, 14:41 | Baxış sayı: 227
“Ermənilər məcbur olacaqlar ki, öz təminatlarını Azərbaycandan alsınlar”

“Hazırda Laçındakı sərhəd keçid məntəqəsi təkcə ermənilər üçün yox, həm də rus sülhməramlıları üçün bağlıdır”. 

Bu fikirləri Milli Məclisin deputatı Rasim Musabəyov “Diqqət mərkəzində” verilişində çıxışı zamanı deyib. 

Deputat bildirib ki, Azərbaycan öz qərarını verib və qarşı tərəfə təminatlar olmadığı təqdirdə yol açıqdır:

“Bu, tamamilə bizim hüququmuza söykənən qərardır. Düşünürəm ki, Azərbaycan bu məsələdə geriyə çəkiləsi deyil. Hər bir halda hamı anlayır ki, vəziyyət uzunmüddət belə davam edə bilməz. Bunun nəticəsi olmalıdır. Ermənilər gəlib Azərbaycandan xahiş etməlidirlər ki, bizdən qida, ərzaq, qaz, elektrik enerjisi almaq imkanları olsun. Yəni, Azərbaycan iqtisadiyyatına bağlansınlar. Onların ayrı yolları qalmayacaq, o cümlədən də rus sülhməramlılarının. Ermənilər məcbur olacaqlar ki, öz təminatlarını Ermənistandan yox, Azərbaycandan alsınlar”. 

Mənbə: demokrat.az

Xəbərlər