Siyasət 16 Dekabr 2022, 11:55 | Baxış sayı: 128
“Ermənilər, elə bil, başqa planetdən gəliblər və onlara xüsusi təminatlar verilməlidir”

“Radikal müxalifətin dediyinə görə, ermənilərin azərbaycanlılarla birgə yaşaması üçün Azərbaycanda sərbəst toplaşmaq azadlığı, uşaqpulu verilməsi və s. məsələlər həll edilməlidir. Birincisi, ermənilərin Azərbaycanda yaşayan digər xalqların nümayəndələrindən heç nəyi artıq deyil. Ölkəmizdə bütün millətlərin nümayəndələri qardaşlıq şəraitində yaşayır. Onların bütün hüquqları dövlət tərəfindən qorunduğu halda ermənilər niyə yaşaya bilməsinlər? Radikal müxalifətin sözündən belə çıxır ki, ermənilər, elə bil, başqa planetdən gəliblər və onlara xüsusi təminatlar verilməlidir. Bu ittihamlar tamamilə absurddur və düşmənlərimizin mənafeyinə xidmət edir”.

 

Bu sözləri Pravda.az-a açıqlamasında Milli Məclisin deputatı Azər Badamov deyib.

 

Deputat bildirib ki, radikal müxalifət hər vəziyyətdən istifadə edib, özünü gündəmə gətirmək və meydanda olduğunu nümayiş etdirmək istəyir: “Onlar üçün vətən, dövlət, milli maraqlar və dövlət təhlükəsizliyi deyil, ölkədə sabitliyin pozulması, milli maraqların tapdanması və dövlət müstəqilliyinin sual altına düşməsi əsas məqsəddir. Çünki radikalları maliyyələşdirən mənbələr bunu onlardan tələb edirlər…”

Xəbərlər